166
Bu gün 28 may — 15:04

Ermənistanda koronavirusa yoluxanların sayı 8 mini keçdi

Ermənistanda son sutkada daha 442 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb.

Virtualaz.org bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 8 216-ya yüksəlib. Ölkədə koronavirusdan ölənlərin sayı isə 113 nəfərə çatıb.

Bildirilib ki, indiyədək 3 287 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 772 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Xəbərlər