115
Bu gün 27 may — 12:57

Şəkidə keçmiş məhkumdan narkotik vasitə götürüldü

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan virtualaz.org-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Rafiq Əsədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 0,102 qr narkotik vasitə olan heroin və 365 qr qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Xəbərlər