1002
Bu gün 26 may — 22:13

Salyanda 3 yaşlı uşaq manqalda yandı

Salyan rayonunda baş verən bədbəxt hadisə nəticəsində azyaşlı uşaq ağır xəsarət alıb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, yaşadıqları evin həyətində valideynləri kabab bişirərkən manqala səpilən benzinin kürəyinə tökülməsi nəticəsində 3 yaşlı uşaq yanıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən uşaq 2 və 3-cü dərəcəli termiki alov yanığı xəsarətləri alıb. Uşağın vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanaya yola salınıb.

Virtualaz.org

Xəbərlər