172
Bu gün 26 may — 23:40

Şəmkirdə avtomobil yük maşını ilə toqquşdu

Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "VAZ" markalı avtomobillə "Qazel" markalı yük avtomobilin toqquşması nəticəsində 4 nəfər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo.az)

Xəbərlər