275
Bu gün 26 may — 21:22

Kadırov operativ qərargahın iclasında iştirak etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirusla mübarizə üzrə regional operativ qərargahın iclasında iştirak edib.

Bu barədə R.Kadırov “Teleqram” kanalında yazıb.

“Operativ qərargahın bayram tətillərindən sonrakı ilk iclasında məsul şəxslərin hesabatlarını dinlədim”, - R.Kadırov qeyd edib.

O, respublika xəstəxanalarında və regionda iqtisadi vəziyyətin sabit olduğunu vurğulayıb.

Xatırladaq ki, R.Kadırovun koronavirus şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilməsi barədə KİV-də məlumatlar yayılmışdı. Çeçenistanın koronavirusla mübarizə üzrə operativ qərargahının sədri Maqomed Daudov sözügedən informasiyanı təkzib etmişdi.

Xəbərlər