779
Bu gün 26 may — 17:00

Salyanda kanaldan naməlum qadın meyiti tapıldı

Bu gün günorta saatlarında Salyan rayonunun ərazisində naməlum qadın meyiti aşkarlanıb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, təxminən 40-45 yaşlı qadının cəsədi rayonun Yenikənd kəndinin çöl torpaqlarında, drenaj kollektorun içərisindən tapılıb. Naməlum cəsəd hazırda müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər