170
Bu gün 25 may — 16:04

Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi

Yaponiyada koronavirusla əlaqədar aprelin 8-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv olunub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Baş Naziri Şinzo Abe deyib.

Onun sözlərinə görə, bu gündən paytaxt daxil olmaqla, daha 5 prefekturada (Tokio, Kanaqava, Saytama, Tiba, Hokkaydo) fövqəladə rejim ləğv edilib.

“Fövqəladə vəziyyət rejimi bütün ölkə üzrə ləğv olunur”, - deyə Baş Nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl 47 prefekturanın 42-də fövqəladə vəziyyət rejimi aradan qaldırılıb.

Xəbərlər