183
Bu gün 25 may — 11:57

Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi

"Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq dünən baş vermiş ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bağlı bir daha məlumat aldım. Dünən bir neçə dəfə şəhərə zəng etmişdim".

Virtualaz.org bildirir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə şəxsi Facebook hesabında paylaşım edib.

Deputat bildirib ki, xəsarət alan 13 nəfərdən 9-na ilkin tibbi yardım göstərilərək evə buraxılb: "Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib. Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır. Bu gün Bakıya göndərilimiş uşağın yanına gedəcəyəm. Allah hamısına şəfa versin. Həkimlərimizlə fəxr edir, onlara minnətdarlığımızı bildiririk", - deyə A.Mirzəzadə qeyd edib.

Xatırladaq ki, ötən gün Mingəçevirdə həyat yoldaşı tərəfindən avtomobil sürməyi öyrənən qadın idarəetməni itirərək, Ramazan bayramı münasibətilə həyətdə süfrə arxasında əyləşən insanları vurub.

Xəbərlər