233
Bu gün 25 may — 11:31

Ermənistanda “koronavirus rekordu”: bir gündə 452 yoluxma

Ermənistanda son 24 saatda daha 452 nəfərdə koronavirus aşkarlanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, bu, ölkədə indiyədək gündəlik qeydə alınan yoluxma sayında rekord hesab olunur. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 113-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 87-yə çatıb.

İndiyədək infeksiyadan sağalanların sayı isə 3 145 nəfərdir. Hazırda Ermənistanda 3 842 aktiv koronavirus xəstəsi var.

Xəbərlər