137
Bu gün 24 may — 23:50

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 340 nəfərə çatıb

Son bir gündə Türkiyədə koronavirusdan daha 32 nəfər ölüb.

Virtualaz.org bildirir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Qeyd edilir ki, bununla ölkədə COVID-19-dan ölənlərin ümumi sayı 4 340 nəfərə çatıb. Ötən gün yeni virusa daha 1 141 yoluxma qeydə alınıb. Beləliklə pandemiya ərzində qonşu ölkədə koronavirusa ümumilikdə 156 827 yoluxma qeydə alınıb.

Eyni zamanda koronavirusa yoluxmuş 1 092 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Son göstəricilər də nəzərə alınaraq Türkiyədə 118 694 nəfər virusdan sağalıb.

Xəbərlər