339
Bu gün 24 may — 20:10

Rusiyanın tanınmış aktrisası da koronavirusa yoluxdu

Rusiyanın Əməkdar artisti Alyona Babenko koronavirusa yoluxub.

Virtualaz.org bildirir ki, bu barədə aktrisa İnstaqram səhifəsində yazıb. O bildirib ki, bu səbəbdən “Ulduzların rəqsi” şousunda iştirak edə bilməyəcək. “Mən təkcə öz sağlamlığım üçün deyil, dostlarımın və həmkarlarımın səhhəti üçün də məsuliyyət hiss etdim və özümü təcrid etdim”, - deyə Babenko bildirib.

Aktrisa hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.

Xəbərlər