2282
Bu gün 24 may — 15:59

Mingəçevirdə maşın sürməyi öyrənən qadın 13 nəfəri vurdu

Mingəçevirdə maşın sürməyi öyrənərkən qəza törədən qadının vurduğu piyadaların sayı 13-dür, onlardan əksəriyyəti ambulator yardım göstəriləndən sonra evə buraxılıblar. 4 azyaşlının vəziyyəti isə ağırdır, onlardan ikisi kəllə-beyin travması alıb.

***

Mingəçevirdə “Opel” markalı avtomobil piyadaları vurub.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə şəhərin Texniki Rezin Məmulatları Zavodunun yaxınlığında baş verib. Məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan piyadaları vurub. Aralarında 7 azyaşlı olan 10-a yaxın piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

*

Mingəçevirdə baş vermiş qəzanın təfərrüatı bəlli olub. Belə ki, şəhər sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibətilə həyətində süfrə açıb.

Süfrə arxasında azyaşlılar da olub. Həyat yoldaşı tərəfindən avtomobil sürməyi öyrənən qadın idarəetməni itirib və masa arxasındakı insanları vurub.

Xəbərlər