753
Bu gün 24 may — 00:12

Nazirlər Kabinetindən tibbi maskalarla bağlı yeni qərar

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.

Virtualaz.org bildirir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, bu müddət iyunun 1-dən iyulun 1-dək uzadılıb.

Xəbərlər