377
Bu gün 23 may — 20:58

Bakının mərkəzində külək ağacı maşınların üstünə aşırdı

Güclü külək səbəbindən Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb.

Virtualaz.org bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Qurum sürücülərə bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olmalarını tövsiyə edib: "İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməyin".

BNA bir daha küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarından ehtiyatlı olmalarını xahiş edib.

Xəbərlər