149
Bu gün 23 may — 19:22

Ərdoğanla Tramp arasında da telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının dəftərxanası məlumat yayıb.

Ölkə başçıları ikitərəfli münasibətləri, həmçinin Liviya, Suriya başda olmaqla regional məsələləri də müzakirə ediblər.

Söhbətdə Ərdoğan və Tramp regiondakı sülh və sabitliyin bərpası məqsədilə siyasi və hərbi əməkdaşlığıın davam etməsi istiqamətində razılığa gəliblər.

Xəbərlər