267
Bu gün 23 may — 16:44

Moskvada banka hücum

Rusiyanın paytaxtı Moskva şəhərində naməlum şəxs “Alfa- bank”ın filialında 6 nəfəri girov götürüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, banka gələn cinayətkar oradakı insanları partlayış törədəcəyi ilə hədələməyə başlayıb.

O, şöbənin qapılarını bağlamağı tələb edib və zorla bir neçə əməkdaşı saxlayıb. Silahlı şəxs bank rəhbərliyindən külli miqdarda pul tələb edib.

İlkin məlumata görə, banka basqın edən şəxs kuryer işləyir, yemək sifarişlərinin çatdırılması ilə məşğuldur və sərxoşdur.

Rusiya təhlükəsizlik qüvvələri artıq həmin silahlı şəxsi həbs edib.

Sosial şəbəkələrin Rusiya seqmentində bu cinayəti törədən şəxsin fotosu yayılıb.

Bankda olan girovlardan biri isə baş verən hadisəni telefonunda canlı yayımlayıb.

Xəbərlər