306
Bu gün 23 may — 15:21

Türkiyədə azərbaycanlıların olduğu maşın qəzaya düşdü

Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol qəzası baş verib.

“Report” bildirir ki, hadisə Of-Çaykara avtomobil yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

Hadisə nəticəsində avtomobildə olan və çay plantasiyasında işləyən 3 azərbaycanlı yanaraq ölüb, sürücü isə yanıq xəsarətləri ilə Of Dövlət Xəstəxanasına çatdırılıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər