453
Bu gün 10 aprel — 23:20

Azərbaycanlıların müəyyən qrafiklə vətənə dönüşü məsələsinə baxılacaq

Sərhədlərin bağlanması barədə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, hazırda Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşlarının bir qisminin vətənə qayıtmaq məqsədilə sərhəd-buraxılış məntəqəsinə toplaşması, sərhəddə gərginlik yaratması kimi hallar müşahidə olunmaqdadır.

Bu barədə virtualaz.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

"Yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiya Federasiyasıdakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq.

Hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğundan ölkə sərhədlərinin qarşıdakı müddətdə açılmasına dair qərar 20 aprel 2020-ci il tarixindən sonra COVID-19 zəminində mövcud vəziyyət təhlil edilərək veriləcək. Eləcə də ölkə daxilində karantin məqsədilə ayrılmış məntəqələrin vətəndaşları qəbul etmək imkanları və COVID-19 xəstəliyinin yayılma dinamikası nəzərə alınaraq səfirlik və konsulluqlarda qeydiyyatdan keçmiş şəxslərin müəyyən qrafiklə vətənə dönüşünün təmin olunması məsələsinə baxılacaq", - məlumatda bildirilib.

Xəbərlər