333
Bu gün 10 aprel — 18:00

Türkiyədə başına pul qoyulan terrorçu yaxalandı

Türkiyədə başına bir milyon lirə (254,300 AZN) mükafat qoyulan “Hayri Mava” ləqəbli, əsl adı Mahmut Okay olan terrorçu tutulub.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, daxili təhlükəsizlik qoşunlarının əməliyyatları çərçivəsində dünən Muşun Varto rayonundakı Varto-Karlıova yolunda, Jandarma Yol Nəzarət Nöqtəsində şübhəli nəqliyyat vasitəsi saxlanılıb, başına bir milyon lirə mükafat qoyulan PKK terror təşkilatının üzvü “Hayri Mava” ləqəbli, əsl adı Mahmut Okay olan terrorçu ələ keçirilib.

Xəbərlər