231
Bu gün 9 aprel — 16:23

İranda koronavirusdan ölənlərin sayı 4110 nəfərə çatdı

İranda son sutka ərzində daha 117 nəfər koronavirusdan dünyasını dəyişib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi Mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

O qeyd edib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 4110 nəfərə çatıb.

K.Cahanpurun sözlərinə görə, ölkədə 1634 yeni yoluxma faktı qeydə alınıb. Ümumiyyətlə isə bu günədək İranda 66 220 nəfər koronavirusa yoluxub, onlardan 32 309 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan 3918 nəfərin vəziyyəti ağırdır.

Xəbərlər