223
Bu gün 8 aprel — 20:07

Şəmkirdə poliklinika binasında yanğın

Şəmkir rayonunda poliklinika binasında yanğın hadisəsi baş verib.

Bu barədə virtualaz.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şəmkir rayonunda ümumi sahəsi 800 m² olan birmərtəbəli poliklinika binasında döşəmə 1 m² sahədə və divar kağızı 5 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər