289
Bu gün 8 aprel — 19:06

Azərbaycanda koronavirusa yoluxan 84 yaşlı şəxs sağaldı

"Azərbaycanda koronavirusdan baş verən ölüm hallarının hamısı yanaşı gedən ağır xəstəliklər səbəbindən olub".

Virtualaz.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pasiyentlər arasında 2-90 yaşlı insanlar da var: "Hətta 84 yaşında sağalan xəstəmiz də olub".

TƏBİB sədri vurğulayıb ki, xəstəlik zamanı orqanizmin verdiyi cavabdan çox şey asılıdır.

Xəbərlər