315
Bu gün 5 aprel — 22:06

Liviyanın sabiq Baş naziri koronavirusdan öldü

Liviyanın sabiq Baş naziri Mahmud Cibril koronavirusdan ölüb.

Virtualaz.org "Əl-Arabiya" kanalına istinadən bildirir ki, o, Qahirədə vəfat edib.

Son illər Liviyanın Milli Qüvvələr koalissiyasına rəhbərlik edən siyasətçi martın 27-də xəstəxanaya yerləşdirilib. Ona süni nəfəs aparatı qoşulub. Həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Cibril 2011-ci ildə Müəmmar Qəddafi əleyhdarları tərəfindən yaradılan keçid hökumətinin Baş naziri olub. Keçid hökuməti 2012-ci ilin avqustunda öz səlahiyyətlərini parlamentə verib. Onun rəhbərlik etdiyi partiya seçkilərdə yerlərin əksəriyyətini qazanıb.

Xəbərlər