330
Bu gün 5 aprel — 16:40

Livanda “Hizbullah” komandiri öldürüldü

Şiə “Hizbullah” qrupunun komandirlərindən biri Məhəmməd Əli Yunus Livanda öldürülüb.

Virtualaz.org bildirir ki, bu barədə Əl-Hadas telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Yunus aprelin 4-də Livanın cənubunda öz avtomobilində ölü vəziyyətdə tapılıb. Onun bədənində bir neçə güllə və bıçaq yarası aşkar edilib.

Cinayəti törədən şəxslərin adları çəkilmir.

Virtualaz.org

Xəbərlər