1136
Bu gün 31 mart — 00:12

Bakıda daha bir evdən kişi meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Yuriy Ponomaryovun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, martın 30-da paytaxtın Xətai rayonunda da evdən kişi meyiti tapılmışdı. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri orada da bağlı qapı arxasında qalmış 1959-cu il təvəllüdlü Dadaşov Yaqub Baba oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər