667
Bu gün 30 mart — 17:28

Bəzi həkimlərə xüsusi status verilə bilər

Koronavirusla mübarizə zamanı həyatını itirən həkimlərə xüsusi status verilməlidir.

Virtualaz.org bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, həkimlər koronavirusla mübarizədə böyük fədakarlıq göstərir və öz sağlamlıqlarını təhlükə altına atırlar: “Çox sevindirici haldır ki, hələ indiyə qədər hər hansı bir həkim bu virusdan dünyasını dəyişməyib. Ancaq belə hal baş verərsə, həmin həkimlərə xüsusi status verilməlidir”.

Xəbərlər