342
Bu gün 30 mart — 12:27

65 yaşdan yuxarılar üçün məhdudlaşdırıcı tədbirlər

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil edilməyəcək.

Virtualaz.org-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 5-ci maddəsinə təklif edilən dəyişiklikdə qeyd olunur: "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir".

Bundan əlavə, qanun 7-ci maddəsinin adı-“Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti” dəyişdirilərək “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi” ilə əvəzlənib.

Dəyişikliklər müzakirələrdən sonra birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbərlər