171
Bu gün 30 mart — 14:13

Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, Xəzər dənizinin Azərbaycana aid sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin sualtı boru kəmərlərinin keçdiyi ərazilərin mühafizəsini təşkil etməkdən ibarət olub.

Təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.

Xəbərlər