575
Bu gün 28 mart — 23:24

Prezidentin səsləndirdiyi şüarlar “Alov qüllələri”ndə əks olundu

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martin 28-də Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak ediblər.

Virtualaz.org xatırladır ki, dövlət başçısı çıxışında həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcəyini və ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə həkimlərə münasibətin əks olunacağını bildirib.

Prezident İlham Əliyevin çıxışından sonra "Alov Qüllələri"ndə "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal, Azərbaycan!" şüarları əks olunub.

Xəbərlər