518
Bu gün 28 mart — 17:20

Azərbaycan şahmatçıları Teymur Rəcəbov üçün ədalət tələb edirlər

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçə, peşəkar şahmatçılara və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb.

Virtualaz.org bildirir ki, üçqat Avropa çempionları məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İddiaçılar Turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib və FIDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasına qaytarmağı xahiş və tələb ediblər. Məktubda deyilir: “Hesab edirik ki, belə şəraitdə iddiaçılar turnirinin keçirilməsi və dayandırılması normal idman prinsiplərinə qarşı addım sayılır və şahmatçıların sağlamlığına qarşı biganə münasibətin göstəricisidir. FIDE qəbul etdiyi qərarlara görə şahmatçılar və şahmat dünyası qarşısında məsuliyyət daşımalıdır. Biz hadisələrin belə davam etməsindən zərərçəkən komanda yoldaşımız Teymur Rəcəbovun iddiaçılar turnirində iştirakçılar sırasına qaytarılmasını xahiş və tələb edirik”.

Müraciəti Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Nicat Abasov və Qədir Hüseynov imzalayıblar.

Xəbərlər