404
Bu gün 26 mart — 22:36

Azərbaycanda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyətə başlayıb

Respublikada 6 yeni tibbi spirt istehsalçısı fəaliyyətə başlayıb.

Virtualaz.org bildirir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində tibbi spirt istehsal olunur: "İstehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir”.

Xatırladaq ki, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.

Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Xəbərlər