365
Bu gün 26 mart — 13:55

Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldular

Balakəndə üzərində narkotik maddə olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan virtualaz.org-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi bölməsinin əməkdaşları Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlayıblar.

Bu zaman sürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli hərəkətlər hiss edildiyindən, həmin nəqliyyat vasitəsi və şəxslər RPŞ-yə gətiriliblər.

Onların Sumqayıt şəhər sakinləri-36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyənləşib.

Şəxsi axtarış zamanı F.Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə - qurudulmuş marixuana, Z.Əlizadədən siqaret qutusunda psixotrop maddə - metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Ş.Səfərova məxsus “Opel” markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbərlər