753
Bu gün 29 fevral — 18:03

Salyanda 34 yaşli kişinin intihara cəhdinin qarşısı alınıb

Bu gün günorta saatlarında Salyan şəhərinin “Plastik” yaşayış massivində inthara cəhd hadisəsi baş verib.

Virtualaz.org Şirvan bürosunun məlumatına görə 34 yaşlı Salyan şəhər sakini Coşqun Eyvaz oğlu Nuriyev istifadəsiz,  hündürlüyü 24 metr olan elektrik ötürücü dayağına  çıxaraq   intihar edəcəyini deyib.Hadisə yerinə dərhal Salyan RİH-nin başçısının 1-ci müavini Etibar Hüseynov , polis, təcili yardım və FHN əməkdaşları gələrək C.Nuriyevlə danışıq aparıb onu dirəkdən düşürməyə çalışıblar.  Aparılan danışıqlardan sonra Coşqun Nuriyev könüllü olaraq çıxdığı dayaqdan  yerə düşüb.Coşqun Nuriyev daha sonra problemi dinlənilmək üçün Salyan RİH-ə aparılıb.Hadisə şahidlərini dediyinə görə ağır vərəm xəstəsi olan Coşqun Nuriyev maddi imkanının  müalicə və dolanışığına çatmamasından, buna etiraz  etdikdə isə dəfələrlə  Maştağadakı 1 saylı psixi xəstəxanaya yerləşdirilməsinə etiraz etdiyini deyib.

Virtualaz.org

Xəbərlər