712
Bu gün 26 fevral — 23:56

Azərbaycanla sərhəddə 2 nəfər koronavirus şübhəsi ilə karantinə alındı

Azərbaycandan keçərək Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən Gürcüstana gedən daha 2 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Gürcüstan mediası xəbər verir ki, yüksək temperaturu olan hər iki şəxs Gürcüstan vətəndaşıdır. Onlar Tbilisidə xəstəxanaya yerləşdiriliblər. Hazırda onlardan analizlər götürülüb, həkim nəzarətindədirlər.

Qeyd edək ki, fevralın 25-də İrandan Azərbaycan vasitəsilə Gürcüstana keçən 50 yaşlı kişidə koronavirus aşkar edilib.

Xəbərlər