558
Bu gün 23 fevral — 23:48

Respublika Seysmoloji Xidmət Mərkəzi: Yeraltı təkanlar davam edəcək

“Bugünkü güclü təkanlardan sonra proses zəlzələ ocağı sönənə qədər davam edəcək”.

Virtualaz.org bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

O xatırladıb ki, zəlzələnin baş verdiyi ərazi seysmik bölgədir: "Bir az əvvəl Türkiyə-İran sərhədində daha güclü bir zəlzələ baş verib - saat 20:00-da (Ml=5.9). Güclü zəlzələdir və zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub. Bu gün həmin ərazidə baş verən birinci zəlzələ də güclü idi (Ml=5). Birinci zəlzələnin fəsadları ilə bağlı artıq hər iki ölkədən məlumatlar var.

... Məlumat üçün deyim ki, həmin ərazidə əvvəllər də belə zəlzələlər baş verib. Bugünkü güclü təkanlardan sonra yəqin ki, orada prosesin zəlzələ ocağı sönənə qədər davam edəcəyi istisna deyil".

Xəbərlər