664
Bu gün 23 fevral — 00:33

Azərbaycanlı Rusiyaya qanunsuz tütün keçirmək istədi, saxlanıldı

Azərbaycanlı Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd gömrük məntəqəsindən qanunsuz tütün keçirmək istəyib.

Virtualaz.org rus KİV-lərinə istinadən bildirir ki, Rusiyaya gedən “Mercedes-Benz” markalı avtomobildən 1500 qutu çeynənən tütün aşkar edilib.

45 kq-dan çox ağırlıqda olan tütün maşının baqaj hissəsindən tapılıb.

Qeyri-qanuni gətirilən mallar müsadirə olunaraq ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər