453
Bu gün 22 fevral — 21:44

"Keşlə" "Zirə"ni böyük hesabla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Virtualaz.org-un məlumatına görə, günün ikinci matçında "Keşlə" "Zirə"ni qəbul edib.

“ASK Arena"da təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Keşlə"nin qollarını 20-ci və 71-ci dəqiqədə Şahrux Qadoyev, 45-ci dəqiqədə Vüsal İsgəndərli, 90-cı dəqiqədə isə Pərviz Azadov vurub.

Xallarının sayını 29-a yüksəldən "Keşlə" üçüncü yerdədir. "Zirə" isə hələ ki, 20 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" qarşılaşmaları ilə yekun vurulacaq.

Xəbərlər