413
Bu gün 20 fevral — 01:08

Bərdədə 57 yaşlı sürücü sükan arxasında keçindi

Bərdə şəhərində sürücü sükan arxasında dünyasını dəyişib.

“Report”un verdiyi məlumata görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Kərim Dadaşov “VAZ” markalı avtomobili idarə edən zaman sükan arxasında dünyasını dəyişib.

Nəticədə onun avtomobili piyadaların hərəkət hissəsində yerləşən beton parçasına dəyib.

Avtomobilə yüngül ziyan dəyib. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili və polis əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər