340
Bu gün 19 fevral — 16:18

Azərbaycan vətəndaşı "Sarpi" keçid məntəqəsində narkotiklə tutuldu

Gürcüstan polisi gömrükçülərlə birgə "Sarpi" keçid məntəqəsində əməliyyat keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat nəticəsində 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb. Həmin şəxs Gürcüstanda narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, yoxlanış zamanı saxlanılan Azərbaycan vətəndaşından 1702 tablet və iki ədəd “Mdma” adlı narkotik maddə, “Preqabalin” tərkibli 490 kapsul “Lyrica”, 72 qram “Amfetamin” və 237 qram marixuana götürülüb.

Faktla bağlı narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsinə dair cinayət işi açılıb, istintaq aparılır.

Kimliyi mətbuata açıqlanmayan şəxsi 8 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbərlər