439
Bu gün 18 fevral — 18:27

Şamaxıda zəlzələ oldu

Fevralın 18-də Qobustan seysmoloji stansiyasından 34 kilometr cənub-qərbdə - Şamaxı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib.

Virtualaz.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:21-də qeydə alınıb.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Xəbərlər