459
Bu gün 18 fevral — 17:36

Rusiya-Dağıstan sərhədində azərbaycanlı tutuldu

Rusiya-Dağıstan sərhədində azərbaycanlı saxlanılıb.

Lezgigazet.ru-nun xəbərinə görə, o, “Mitsubihi l 300” markalı avtomobilində qanunsuz qəlyan tütünü keçirmək istəyib.

Qanunsuz məhsulun ümumi çəkisi 36 kiloqram olub. Azərbaycan vətəndaşı məhsulu avtomobilinin baqajında dəmir hissənin altında gizlədib.

Məhsul götürülərək ekspertizaya göndərilib.

Faktla bağlı “məhsulun sərhəd nəzarətindən gizlədilməsi” maddəsi ilə inzibati iş açılıb.

Xəbərlər