242
Bu gün 18 fevral — 10:43

"Sədərək"dəki yanğında 8 nəfərə yardım göstərildi

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, 8 nəfərə hadisə yerində yardım göstərilib.

Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Xəbərlər