210
Bu gün 18 fevral — 11:44

Qaxda 3 avtomobil toqquşdu

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər Qax sakini - 1990-cı il təvəllüdlü İmran Süleymanov, 1985-ci il təvəllüdlü Elnur Zəkiyev və Rövşən Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbərlər