477
Bu gün 17 fevral — 16:51

Sürücülərin diqqətinə! Hövsanda hərəkət məhdudlaşdırılır

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti sabah səhər saatlarından qısa müddətə məhdudlaşdırılacaq.

Bu barədə virtualaz.org-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyə olunur.

"AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir", - qurum bəyan edib.

Xəbərlər