806
Bu gün 17 fevral — 16:27

Salyanda qəza baş verdi, sürücü xəsarət aldı

Bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Xələc kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, “Toyota Prado” və VAZ-2107 markalı minik avtomaşınlarının toqquşması nəticəsində xəsarət alan “07”-nin sürücüsü Salyan rayonunun Xələc kənd sakini Məmmədov Tural Novruzəli oğlu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində idarəetməni itirən “Toyota Prado” yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər