475
Bu gün 17 fevral — 00:40

Şəmkirdə ağır qəza

Şəmkir rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrütaları məlum olub.

Hadisə Bakı-Qazax magistiral avtomobilyolunun 395-ci kilometrliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb. Daha bir neçə nəfər isə ağır bədən xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza nəticəsində 31 yaşlı Şahin Ağalarov, 22 yaşlı Həsənov Elvin və Anar adlı şəxs yaralanıb. Dünyasını dəyişənlərin isə Orxan və Elməddin adlı şəxslər olduğu bildirilir.

Digər ölən və yaralıların adları dəqiqləşdirilir. (report)

Xəbərlər