205
Bu gün 29 yanvar — 13:20

Balakəndə “Mercedes” piyadanı vurub öldürdü

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan virtualaz.org-a verilən məlumata görə, yanvarın 28-də saat 20 radələrində Balakən şəhəri ərazisində rayon sakini Rəhman Cəyiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Balakən şəhər sakini Sübhan Əfəndiyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Xəbərlər