224
Bu gün 29 yanvar — 13:50

Balakəndə avtomobil təmiri sexi yandı

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 84 m² olan avtomobil təmiri sexinin damının taxta atmaları və içərisində təmirə dayanan "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər