392
Bu gün 28 yanvar — 16:33

Dələduzluqla sığorta ödənişi tələb edən şəxslər ifşa olundu

Azərbaycanda dələduzluq niyyəti ilə sığorta ödənişi tələb edən şəxslər ifşa olunub.

Report-un xəbərinə görə, bir neçə şəxs PAŞA Sığorta ASC-yə dələduzluq niyyəti ilə sığorta ödənişi tələb edib.

Daha sonra sığorta şirkəti bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi dələduzluq niyyəti ilə sığorta ödənişi tələb edən şəxsləri ifşa edib.

Xəbərlər