414
Bu gün 27 yanvar — 19:16

Azərbaycanlı zəvvarlar üçün Həcc bahalaşdı

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başlayıb - QİYMƏT

Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, artıq ziyarətə getmək üçün 4 nəfər müraciət edib.

Sənədlərin qəbulu may ayına kimi davam edəcək.

Qiymətlərə gəlincə, bu il ötənilki ilə müqayisədə (ötən il 4285 dollar) 205 dollar bahalaşma olub. Belə ki, Həcc ziyarətinə getmək istəyən şəxslər 4490 dollar ödəməli olacaqlar. Bu il zəvvarlar üçün komfortlu otellər nəzərdə tutulub.

Ötən il olduğu kimi, bu il də kvotaların sayı (ötən il 1400) təxminən, eynidir.

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Xəbərlər